"Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən bir neçə gün qabaq orada İran qoşunu var idi, lakin hadisənin ardınca geri çəkilib", - o deyib.
Reuters: "İran Suriyanın yeni rəhbərliyi ilə birbaşa əlaqədədir" |
Digər tərəfdən, dünən "Reuters" xəbər agentliyinə açıqlamasında İran hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi vurğulayıb ki, "əlaqələri sabitləşdirmək, regional gərginliyin qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə danışıqlara hazırıq".
Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.
Firudin Həmidli
AzVision.az