"Tehran Suriyaya yanaşmaya qərar verməzdən qabaq qalib müxalifətin gələcək davranışlarını, fəaliyyətini gözləyir. İran öz milli maraqlarına uyğun şəkildə bu ölkəyə maddi və hərbi yardım göstərib. Hərçənd devrilmiş prezident öz xalqı ilə sağlam əlaqə qura bilmədiyi, ordu isə onun uğrunda döyüşmək istəmədiyi üçün rejim süquta uğradı. Ümidvarıq ki, qarşıdakı hadisələr Suriya xalqına xeyir gətirəcək", - xanım sözçü vurğulayıb.
Dünən "Reuters" xəbər agentliyinə açıqlamasında İran hökumətinin adı çəkilməyən rəsmi nümayəndəsi də vurğulamışdı ki, "əlaqələri sabitləşdirmək, regional gərginliyin qarşısını almaq üçün Suriyanın yeni rəhbərliyi ilə danışıqlara hazırıq".
Nadiri: "Suriyada İran əsgəri yoxdur" |
Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik Əsəd ailəsi hakimiyyətinə son qoyulub.
Firudin Həmidli
AzVision.az