Lukaşenko: "Oreşnik"ə qarşı antidot yoxdur, onu vurmaq mümkün deyil"

      Lukaşenko:    "Oreşnik"ə qarşı antidot yoxdur, onu vurmaq mümkün deyil"
  10 Dekabr 2024    Oxunub:601
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın son bir ayda dünya gündəminə çevrilmiş orta mənzilli "Oreşnik" raketlərindən danışıb.
BELTA agentliyinin yaydığı məlumata görə, o, "Oreşnik"lərin Belarusda yerləşdirilməsinin çəkindirici təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Siyqasətqi qeyd edib ki, ölkəyə gətirilmiş nüvə silahlarından istifadə böyük məsuliyyət tələb edir. O ki qaldı müasir raketlərə, onlar güclü silah olsalar da, adi silah sayılırlar.

Putindən Qərbə raket şoku: Yeni və unikal hipersəs sistemlər yaradılır
“Əgər bizim adi belə güclü sayılan silahlarımız varsa, onlar polşalıların Koreyadan, Amerikadan aldıqları tanklarla və başqa piyada döyüş maşınları, raketlərlə bizim ərazimizə gəlməzdən əvvəl çox düşünəcəklər. Həqiqətən də bu silaha qarşı heç bir "antidot" yoxdur. Onun qarşısını almaq, bizim silahı vurmaq və s. mümkün deyil”, - Belarus lideri deyib.

Lukaşenkonun sözlərinə görə, Belarus üçün təhlükəsizlik mühitini saxlamaq olduqca vacibdir.

Qeyd edək ki, Rusiyanın “Oreşnik” raketi Moskvanın hərbi texnologiyalar sahəsindəki ən son nailiyyətlərindən biri kimi təqdim olunur və strateji zərbələr üçün nəzərdə tutulub.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xalqa müraciətlə çıxış etmişdi. Rusiya dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya Dneprdəki "Yujmaş" hərbi zavodunu ən son "Oreşnik" orta mənzilli raket kompleksindən istifadə edərək vurub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Belarus   Raket   Lukaşenko  





Xəbər lenti