Baqratyan: "İran Zəngəzur məsələsində bizə kömək edə bilməyəcək"
“Paşinyan açıq şəkildə bəyan edib ki, biz bu məsələni Türkiyə-Azərbaycan tandemi ilə bölüşmək qərarına gəlmişik. O, hətta azərbaycanlıların bu ərazilərdə yaşaması üçün də danışıqlar aparır. İran təhlükəni neytrallaşdıra bilsə belə, hazırkı rejim hakimiyyətdə qalacağı təqdirdə, rəsmi Tehranın proseslərə müdaxiləsinə imkan verməyəcək”, - o, gileylənib.
Baqratyan qeyd edib ki, bu gün azərbaycanlıların diqqəti təkcə tarixi ərazilərimiz olan Zənguzra yönəlməyib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Zəngəzur