Fransa qoşunları Çaddan geri çəkilməyə başlayıb

Fransa qoşunları Çaddan geri çəkilməyə başlayıb
  10 Dekabr 2024    Oxunub:460
Fransa ordusu Çaddan geri çəkilməyə başladığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə " Reuters " məlumat yayıb.

Qeyd edilib ki, Fransa ordusu yerli hakimiyyət orqanlarının müdafiə sahəsində əməkdaşlığı dayandırdıqlarını bildirməsindən cəmi iki həftə sonra Çaddan geri çəkilməyə başlayıb.

" Associated Press " də Fransanın 2 "Mirage" döyüş təyyarəsini Çaddan çıxardığını bildirib.

Qeyd edək ki, noyabrın 29-da Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişinə xitam verildiyini açıqlayıb.

AzVision.az





Teqlər:





Xəbər lenti