Cənubi Koreyanın keçmiş Müdafiə naziri intihar etmək istəyib

   Cənubi Koreyanın keçmiş Müdafiə naziri intihar etmək istəyib
  11 Dekabr 2024    Oxunub:398
Cənubi Koreyanın sabiq Müdafiə naziri Kim Yon Hyon prezident Yon Sok Yolun hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı üsyanda ittiham əsasında saxlanıldığı təcridxanada intihara cəhd göstərib.
AzVision.az xəbər verir ki, Seulun şərqində yerləşən həmin təcridxananın əməkdaşına istinad edən “Ryonhan” agentliyi belə məlumat yayıb.

İslah mərkəzinin rəhbəri Şin Yon He parlament dinləmələri zamanı millət vəkillərinə bildirib ki, bu insidentdən sonra Kim Yon Hyon qoruyucu kameraya köçürülüb və onun vəziyyəti stabil olaraq qalır.

“Cənubi Koreya polisi isə prezident Yun Sok Yolun ofisində və polis idarələrində axtarış aparmağa başlayıb. Müstəntiqlər gələn zaman dövlət başçısı otaqda olmayıb”, - agentlik yazır.

Qeyd edək ki, bir neçə gün əvvəl prokurorluq ölkə prezidentini qiyam işində şübhəli şəxs sayıblar. Bununla bağlı onun ölkədən çıxışına qadağa qoyulub. Bu iş çərçivəsində Seul polisinin ofisində və Milli Assambleyanın (parlament) binasının mühafizəsinə cavabdeh olan polis idarəsində də reydlər keçirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: CənubiKoreya   intihar   cəhd  





Xəbər lenti