AzVision.az Gürcüstanın hakim partiyasının mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Emmanuel Makron Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə edərək, onun tam həllinə töhfə vermək arzusunda olduğunu bildirib.
“Bidzina İvanişvili, öz növbəsində, Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib”, - hakim partiyanın mətbuat xidmətinin məlumatında deyilir.
Maraqlıdır ki, bir saat davam edən telefon danışığının təfərrüatları və bunun təşəbbüskarının kim olduğu açıqlanmır.
Keçən həftə Makron Parisdə hökumətə müxalif möqvqe tutan Gürcüstan prezidenti Salome Zurabişvilini rəsmən qəbul edib və mətbuatın yazdığına görə, onun Donald Trampla görüşünə şərait yaradıb.
Makronun bu canfəşanlığı artıq 13 gündür ki, xarici qüvvələrin Gürcüstanda narıncı inqilab törətmək cəhdlərinin, demək olar ki, iflasa uğramasından və hökumətin Qərbin agenti adlandırdığı Fransa vətəndaşı Salome Zurabişvilinin prezidentlik postundan tezliklə çıxarılacağından doğan təşvişlə bağlıdır. Çünki kənardan idarə olunan müxalifətin bütün cəhdlərinə rəğmən, Gürcüstan hakimiyyəti öz mövqeyində qətiyyatli olduğunu sərgiləyir.
Sahil İsgəndərov
AzVision.az