Anomal hava şəraiti davam edəcək

Anomal hava şəraiti davam edəcək
  22 Aprel 2013    Oxunub:1500
Sinoptiklərin fikrincə, havanın uzunmüddətli tutqun olması aprel ayı üçün səciyyəvi deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, aprelin 23-də Bakı və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Aprelin 23-24-də Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 23-də paytaxtda qısamüddətli yağış yağacaq, mülayim külək əsəcək. Aprelin 24-də külək nisbətən artacaq.

Bakıda aprelin 23-də havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Bu isə çoxillik normadan 1-2 dərəcə aşağıdır.

Rayonlarda aprelin 23-də arabir yağıntı olacağı gözlənilir. Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlıq ərazilərdə sulu qar yağacaq. Aprelin 24-dən əsasən qərb rayonlarından başlayaraq yağıntı kəsəcək.




Teqlər:  





Xəbər lenti