İstanbulda ASAN gecəsi
Tanıtım yürüşündən sonra “ASAN Xidmət”in səyyar avtobusu Avropanı Asiya ilə birləşdirən Bosfor boğazı üzərindəki Fatih Sultan Mehmet körpüsündən keçərək öz missiyasını yerinə yetirmək üçün Azərbaycana üz tutub.
Avtobusun təqdimatı və tanıtım yürüşü ilə bağlı jurnalistlərə müsahibə verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin birinci müavini Rəşad Abbasov bildirib ki, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən 25 növ hüquqi, 22 növ funksional yardımçı xidmətlər həyata keçirilir. Bu xidmətlərin səyyar formada da həyata keçirilməsi üçün müasir zəruri texnoloji avadanlıqla təchiz edilmiş avtobuslar rayonlarda olacaq.