İpoteka üçün vəsait ayrılıb

İpoteka üçün vəsait ayrılıb
  24 Aprel 2013    Oxunub:1558
Rayonlara ipotekanın verilməsi şəhər olan axının qarşısını ala bilər.
«İpoteka krediti üçün vəsait ayrılıb, amma bunun üçün əsas məsələ yalnız Bakı, Sumqayıt şəhərləri deyil, eyni zamanda regionlarda bura əlavə edilməlidir».

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziya Səmədzadə deyib. Milli Məclisin üzvü bildirib ki, rayonlarda yaşayan gənc ailələrdə bu ipoteka kreditindən mənzil ala bilməlidir.

«Rayonlarda yaşayanların ipotekadan istifadə etməsi şəhərə əsası olmayan axının qarşısını ala bilər. Bununla rayonlarda mənzil fondunu inkişaf etdirmək olar. Gənc ailələr ipoteka kerditini veilmiş bu vəsaitdən, güzəştlərdən istifadə edərək evlər alsınlar»-deyə Z.Səmədzadə vurğulayıb.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti