DYP azyaşlıları maarifləndirir

DYP azyaşlıları maarifləndirir
  25 Aprel 2013    Oxunub:1266
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) və KİV-ləri nümayəndələri iştirak ediblər.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və 46 saylı orta məktəbin təşkilatçılığı ilə «Buta» uşaq bağçasında azyaşlıların maarifləndirməsi tədbiri keçirilib. Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzVision.az -a açıqlamasında bildirib ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının (BMT) və KİV-lərinin nümayəndələri iştirak ediblər.

«Tədbirdə Bakı şəhər məktəbliləri arasında təbliğat işinin gücləndirilməsi, xüsusilə azyaşlı uşaqların həyat və sağlamlığının yol-qəza hadisələrindən qorunması məqsədilə uşaqlar dinlənildi. Onlar azərbaycan, ingilis, rus dillərində müraciət etdilər. Bütövlükdə edilən bu müraciət KİV vasitəsilə çatdırıldı. Burada məqsəd azyaşlıların həyat və sağlamlıqlarını qorumaqdır»-deyə V.Əsədov vurğulayıb.

Anar


Teqlər:





Xəbər lenti