Rusiyada xəstəxanada yanğın: 38 nəfər həlak olub- VİDEO

Rusiyada xəstəxanada yanğın: 38 nəfər həlak olub- VİDEO
  26 Aprel 2013    Oxunub:1843
Moskva yaxınlığındakı Psixiatriya xəstəxanasında güclü yanğın baş verib.
İlkin məlumatlara görə, xəstəxananın 1 korpusunun tamamilə yanması nəticəsində 38 nəfər yanaraq, həyatını itirib. Hələlik 12 nəfərin cəsədi tapılıb. Hadisə zamanı yalnız 3 nəfər xilas ola bilib - tibb bacısı və 2 xəstə. Bildirilir ki, hadisə gecə saatlarında baş verdiyindən, xəstələrin çoxu yuxuda ikən zəhərlənib.

Pəncərələrin əksəriyyəti barmaqlıqla örtüldüyündən, xəstələr otaqlardan çıxa bilməyib. Yanğısöndürənlər gələndə isə bina tamamilə alov içində olub. Onun söndürülməsi üçün 2 saata vaxt lazım gəlib. İlkin ehtimala görə, faciəyə qısaqapanma səbəb olub.


Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti