ABŞ həm Ermənistanın, həm də Azərbaycanın yanındadır- VİDEO

 ABŞ həm Ermənistanın, həm də Azərbaycanın yanındadır- VİDEO
  27 Aprel 2013    Oxunub:1301
ABŞ dövlət departamenti dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə birgə iş aparmağa hazır olduğunu bəyan edib.

“Azərbaycan və Ermənistan arasında baş verən müharibədə insanların faciəli şəkildə ölümü bizə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bir daha xatırladır”.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Patrik Ventrell aprelin 26 –da keçirdiyi keçirdiyi brifinqdə belə deyib.
Azərbaycanlı jurnalistin “Nəyə görə ABŞ Xocalı soyqırımının tanınmasına biganə qalır, “erməni genosidi”nə isə yox, sizcə bu birtərəfli yanaşma deyilmi?” sualına departamentini sözçüsü konkret olaraq cavab verməyib. Lakin dolayı yolla olsa da bildirib ki, ABŞ ölkələr arasında heç bir ayrıseçkilik qoymur və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində hər iki ölkənin yanında olacaq.

“Münaqişənin yalnız sülh yolu ilə həll bölgəyə sabitlik, firavanlıq və barışıq gətirə bilər. Siz Amerika Birləşmiş Ştatlarının Minsk qrupunun həmsədri olduğunu bilirsiniz və bizim Dağlıq Qarabağ münaqişəsində davamlı sülhə nail olmaq üçün hər iki tərəflə işləmək istiqamətində fikrimiz qətidir”- deyə Departament təmsilçisi bildirib.



Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti