Deputat: `Azərbaycan SSRİ-nin himnini bərpa edək`

Deputat: `Azərbaycan SSRİ-nin himnini bərpa edək`
  17 Sentyabr 2014    Oxunub:3296
Millət vəkili, jurnalist Etibar Hüseynov Azərbaycan SSRİ-nin himnini bərpa etmək təklifini yenidən gündəmə gətirib.

“Artıq illərdir ki, sentyabrın 18-i dahi Üzeyir Hacıbəylinin anadan olduğu gün, həm də "Milli Musiqi Günü" kimi də qeyd olunur. Hələ 2 il əvvəl Milli Məclisdə təklif etmışdim ki, Üzeyir bəyin xatirəsinə hörmət əlaməti olaraq Azərbaycan SSRİ-nin himnini Bakının himni kimi bərpa edək. Təbii ki, sözlərindən imtina etməklə. Digər tərəfdən də, minus variantda himn daha möhtəşəm səslənir”,- deyə o, facebook profilində bildirib.

Etibar Hüseynovun fikrincə, dünyanın bütün iri şəhərlərinin gerbi, himni, bayrağı var: “Nədən bizdə olmasın? Ruslar illər sonra olsa da, Aleksandrovun müəllifi olduğu SSRİ himninin sözlərini dəyişib, yenidən Rusiyanın himni kimi bərpa etdilər. Ancaq bizdə bu cür möhtəşəm əsər tarixin arxivində itib-batıb”.

Azərbaycan SSRİ-nin himni budur:




Teqlər:  





Xəbər lenti