Nazirlik dönərxanalara nəzarət edirmi?

Nazirlik dönərxanalara nəzarət edirmi?
  19 Sentyabr 2014    Oxunub:1731
“Bu yaxınlarda bizə Səbail rayonunda dönərxana ilə bağlı şikayət daxil olub və həmin obyektdə yoxlama aparılıb. Nöqsanların aradan qaldırılması üçün sahibkara xəbərdarlıq edilib və cərimə olunub”.
Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, bütün yoxlamalar, monitorinqlər, müşahidələr və müayinələr hər biri sahibkarlıq haqqında qanuna uyğun aparılır:

“Yoxlamaların hər biri “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq aparılır. Bu qanunun tələblərinə uyğun olaraq hər hansı bir monitorinqi səbəb olmadan apara bilmərik. Əgər yoxlama aparılacaq obyektlər ötən ildən plana salınıbsa, onlarda plan üzrə yoxlama aparmaq olar. Bu da iş qrupuna uyğun olaraq aparılır. İkinci tərəfdən həmin müəssisələr haqqında hansısa bir şikayət, məlumat daxil olduqda və sahibkar özü müraciət etdikdə yoxlama aparıla bilər. Qalan hallarda yoxlamalar nəzərdə tutulmur”-deyə şöbə müdiri vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti