Azərbaycanda təhlükəli qrip virusu yayılır

Azərbaycanda təhlükəli qrip virusu yayılır
  23 Sentyabr 2014    Oxunub:11342
Azərbaycanda yeni virus yayılıb

Son günlər mövsüm dəyişikliyi ilə əlaqədar insanlar arasında qrip və ya buna bənzər xəstəliklərə yoluxanların sayı xeyli artıb. Bu xəstəlik əsasən burun tutulması, boğaz ağrısı, baş ağrısı, qızdırma və bu kimi hallarla özünü büruzə verir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az-a açıqlamasında bildirib ki, bu cür xəstəliklər daha çox insanların iqlim şəraitinə uyğun geyim formasını düzgün seçməməsi ilə əlaqədar baş verir.

Həkimin sözlərinə görə, hava dəyişərkən orqanizmin üzərinə müdafiə reaksiyaları üçün çox ciddi bir yük düşdüyünü nəzərə almaq lazımdır:

“Bu prosesi sağlam adamlar normal keçirə bilir, amma müxtəlif xroniki xəstəlikləri olan, hamilə qadınlar və s. immunitet sistemində problem olanlar mövsüm dəyişikliyinə hazır olmadıqları üçün müxtəlif problemlər yaşayır. Sovet dövründə buna kəskin respirator xəstəlik deyilirdi.

Kəskin respirator xəstəlik qripə bənzər bütün yuxarı tənəffüs yollarının xəstəliklərini özündə cəmləşdirir. Bu adı ona görə ümumiləşmiş qoymuşdular ki, bu konkret bir xəstəlik deyil. Kəskin respirator xəstəlik o deməkdir ki, yuxarı tənəffüs yollarında normada 15-dən yuxarı infeksiya var. Onlar adi halda xəstəlik törətmirlər. Amma soyuqdəymə olduqda, müqavimət aşağı düşdükdə həmin mikroblar fəallaşır və yuxarı tənəffüs yollarının zökəm, burun axması, asqırma, boğazın şişməsi və s. qripə bənzər əlamətlərlə müşahidə olunan xəstlikləri baş verir”.

Həkim bildirib ki, bütün bu cür xəstəlikləri el arasında qrip adlandırırlar: “Amma əslində bu qrip deyil, müxtəlif mənşəlli kəskin respirator xəstəliklərdir. Bu xəstəliklər soyuqdəymə xəstəlikləridir. İnsanlar bəzən bunu keçirdirlər və ondan sonra müxtəlif ağırlaşmalar qalır. Qrip infeksiyası daha çox bu vaxtlar artır. Əslində qrip virus infeksiyasıdır. Bu karantin infeksiyalar qrupuna aiddir və Ümumdünya Səhiyyə Təşkilatının raportu ilə həmin infeksiyalar əhaliyə məlumat verilir və bunların epidemiyası ilə bağlı mütləq əhali məlumatlandırılır. Qalan hallarda isə söhbət kəskin soyuqdəymələrdən gedir. Bu baxımdan əhali bunu nəzərə almalıdır”-deyə A.Qeybulla vurğulayıb.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti