30-dan çox dövlət ASAN-ın təcrübəsini öyrənməyə gəlir

30-dan çox dövlət ASAN-ın təcrübəsini öyrənməyə gəlir
  23 Sentyabr 2014    Oxunub:1983
24-25 sentyabr tarixində Bakıda 30-dan çox dövlət, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-yə yaxın xarici nümayəndə iştirakı ilə maraqlı tədbir keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya Təminatı şöbəsinin müdir müavini Anar Hüseynov AzVision.az-a bildirib ki, məqsəd dövlət xidmətlərinin göstərilməsi zamanı qabaqcıl modellərin müzakirəsi, xüsusən də "ASAN xidmət" təcrübəsnin öyrənilməsidir.

Tədbir müddətində konfransın canlı videogörüntüsünün nümayiş etdirilməsi, həmçinin, ekspertlərin, müvafiq dövlət qurumlarının nümayəndələrinin fikirlərinin onlayn formada “ASAN xidmət”-in “Twitter” səhifəsində Azərbaycan və İngilis dilində çatdırılması nəzərdə tutulur. Bunun üçün www.twitter.com saytına daxil olmaqla “ASAN xidmət”-i (https://twitter.com/asanxidmat) izləməlisiniz.

Tədbirin həştəqləri: ‪#‎asanservice‬ ‪#‎publicservice‬ və ‪#‎goodgovernance‬.


Teqlər:  





Xəbər lenti