Azərbaycana narkotika gətirən türkiyəli tutuldu - FOTOLAR

Azərbaycana narkotika gətirən türkiyəli tutuldu - FOTOLAR
  25 Sentyabr 2014    Oxunub:4196
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkəmizdə nadir hallarda rast gəlinən müxtəlif tərkibli külli miqdarda narkotik və güclü təsirə malik psixotrop maddələri dövriyyədən çıxarıb.

DİN-dən AzVision.az-a verilən məlumata görə, Bir qrup şəxsin ölkəyə gizli yollarla narkotik maddə və psixatrop maddələr gətirib satması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 35 yaşlı Atila Boran Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 həb ekstazi aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs bildirib ki, 5 ilə yaxındır Bakıda bizneslə məşğuldur. Narkotik maddələrin satışına isə son bir ildə başlayıb. Atila Boran ifadəsində etiraf edib ki, biznes ortağı - Xətai rayon sakini, 28 yaşlı Ramin İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətiriblər.

Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Ramin İsmayılovu da yaxalayıblar. Saxlanılarkən onun üstündən 15 qram kokain və 30 həb ekstazi aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atila Boran verib. Ramin İsmayılov isə dəfələrlə Atila Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Narkotik tərkibli maddələr gizli yollarla Bakıya gətirilib və satılıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.

Qalereya




Teqlər:





Xəbər lenti