Qanadlı Arzu – FOTOSESSİYA

Qanadlı Arzu – FOTOSESSİYA
  30 Aprel 2013    Oxunub:8566
Arzu Cəlilova 4 iyul 2004-cü ildə Bakı şəhərində anadan olub. 4 yaşı olanda valideynləri onu "Neftçi" klubunun bədii gimnastika seksiyasına yazdırıblar. Balaca qız 2010-cu ildən gənc gimnast klubları arasında keçirilən yarışlarda iştirak etməyə başlayıb. 2012-ci ildən artıq Bakının və Azərbaycanın açıq çempionatlarında iştirak edir.
Onun yaşında hər qız nailiyyətlərin bu cür siyahısıyla öyünə bilməz:
- 2012-ci ilin fevralında, Bakı çempionatında idmanın müxtəlif növləri üzrə yarışda 2-ci yer.
- May, 2012- Kiyev Kubokunda idmanın müxtəlif növləri üzrə yarışda 2-ci yer.
- İyul, 2012 – Turin (İtaliya), 1-ci yer.
- Oktyabr, 2012 - Bakıda açıq çempionat, idmanın müxtəlif növləri üzrə yarışda 2-ci yer.
- Noyabr, 2012 – Azərbaycanın Açıq Çempionatı - idmanın müxtəlif növləri üzrə yarışda 3 yer.
Fevral, 2013 – Bakıda açıq çempionat - idmanın müxtəlif növləri üzrə yarışda 1-ci yer.

Arzu üçün gimnastika zalı demək olar ki, ikinci evdir. Məşqlərə isə o, sanki bayrama getdiyi kimi gedir. Onun uğurlarında məşqçisi Elnarə Hüseynovanın da payı var.

Həyatda o, adi uşaqdır, 6 nömrəli məktəb-liseyin 3-cü sinifində oxuyur. Gimnastikadan başqa, gənc qızcığaz musiqi dərsləri də alır, fortepianoda ifa etməyi öyrənir. Yəqin ki, həyatda onu hələ böyük qələbələr gözləyir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti