Sabahdan yağış kəsiləcək

Sabahdan yağış kəsiləcək
  30 Sentyabr 2014    Oxunub:1534
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz cənub küləyi 8-13 m/s olacaq. Temperatur gecə 15-17° isti, gündüz 20-24° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq. Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 10-15° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti təşkil edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti