Sarayın palçıqlı yolları – FOTO
Lakin təəssüf ki, bu sözləri Abşeron rayonunun ən sıx əhalisi olan yaşayış məntəqələrindən biri sayılan Saray qəsəbəsinin yolları haqqında söyləmək qeyri-mümkündür. Bu gün qəsəbənin mərkəzi yolu istisna olmaqla heç bir küçəsində faktiki olaraq asfalt örtüyü yoxdur. Yağmurlu günlərdə göllənən yollar keçilməz olur, quraq vaxtlarda da toz dumanı ərşə qalxır.
Nəinki piyadaların, hətta nəqliyyatın hərəkəti belə mümkünsüz olur. Sakinlərin dəfələrlə bununla bağlı bələdiyyəyə müraciətləri nəticəsiz qalıb. Halbuki qəsəbədə su-kanalizasiya xəttinin çəkilişi və qazlaşma işləri tamamilə başa çatıb. Belədə küçələrin asfaltlanması üçün heç bir maneə yoxdur.
Əlaqədar təşkilatlardan yazıda qeyd olunan məsələni nəzarətə götürülməsini və Abşeron rayonu Saray qəsəbəsinin yolsuzluq probleminin həlli istiqamətində əməli işlər görülməsini xahiş edirik.
Samir Aslan
Teqlər: