Balakəndə güllələnmə - 1 nəfər öldü

Balakəndə güllələnmə - 1 nəfər öldü
  04 Oktyabr 2014    Oxunub:1904
Balakən rayonunda odlu silahla qətl törədilib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Balakən rayonun Gərəkli kəndində dağlıq ərazidə qeydə alınıb. Meşə zolağında qətlə yetirilmiş kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gedib. Araşdırmalar zamanı qətlə yetirilən şəxsin rayonun Qullar kənd sakini, 1982-ci il təvəllüdlü Umarov Vaqif İbrahim oğlu olması müəyyən edilib. Güllə onun döş qəfəsinin sağ nahiyəsindən daxil olaraq kürək nahiyəsindən çıxıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti