Bakıda vulkan püskürdü- Açıqlama

Bakıda vulkan püskürdü- Açıqlama
  12 Oktyabr 2014    Oxunub:2053
Bu gün Bakı şəhərinin ərazisində güclü vulkan püskürməsi qeydə alınıb.
AzVision.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın lent.az-a verdiyi məlumata görə, hadisə saat 12:30 radələrində nazirliyin Bakı və Abşeron Yarımadası Palçıq Vulanları qrupu Dövlət Təbiət qoruğuna daxil olan Keyrəki vulkanında baş verib. Partlayışla müşahidə edilən püskürmə nəticəsində xaric olan vulkan kütlələri 200 metrə qədər uzanıb. Hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyatı qrupların əməkdaşları cəmləşiblər və onlar təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Həmçinin ərazidə püskürmənin həcmi hesablanır.

Qeyd edək ki, Keyrəki vulkanında sonuncu püskürmə 2001-ci ildə baş vermişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti