Azərbaycanda təbii fəlakətlər: 38 ölü, 93 yaralı

Azərbaycanda təbii fəlakətlər: 38 ölü, 93 yaralı
  14 Oktyabr 2014    Oxunub:3404
Fövqəladə Hallar Nazirliyi 2014-cü ilin I yarısında ölkədə baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, 2014-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 4845 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1021 hadisə və ya 27% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər həlak olub, 93 nəfər xəsarət aləb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub.

2014-cü ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 4749 çıxış edilib. Yanğın hadisələri zamanı 31 nəfər həlak olub, 60 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 11% az, xəsarət alanların sayı isə 16 nəfər və ya 36% çoxdur.

2014-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 19 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 hadisə və ya 19% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti