Samuxda qanlı olay - 1 nəfər öldü

Samuxda qanlı olay - 1 nəfər öldü
  18 Oktyabr 2014    Oxunub:1942
Samuxda bıçaqlanma nəticəsində bir nəfər ölüb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Samuxda bıçaqlanan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasında dünyasını dəyişib. Belə ki, oktyabrın 15-də Samuxda şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.

Samux Rayon Polis şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sirac Abbaszadə tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi qaldırlıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti