ATV Xoşqədəmin evlənməsindən xəbərsizdir

ATV Xoşqədəmin evlənməsindən xəbərsizdir
  22 Oktyabr 2014    Oxunub:5041
ATV-nin məşhur “Sənir axtarıram” verilişin aparıcı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının Türkiyəli müğənni Doğuşla ailə həyatı qurması haqda xəbərlər yayılıb.
Sosial şəbəkələrdə və yerli mediada yer alan məlumatlara görə, X.Hidayətqızının ötən gün Türkiyədə toy mərasimi keçirilib. Mərasimdən çəkilən fotolar da diqqət çəkib.

Tanınmış aparıcının ailə qurması xəbəri sosial şəbəkələrdə geniş müzakirələ yol açıb. Bir çoxları bu xəbərin reklam xarakterli olduğunu iddia edərək X.Hidayətqızının Doğuşla evlənməsinə inanmadıqlarını bildirir.

Biz də aparıcının özü ilə əlaqə saxlayıb bu dedi-qodulara aydınlıq gətirmək istəsək də X.Hidayətqızı telefonlara cavab verməyib.

Daha sonra X.Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin əməkdaşları ilə əlaqə saxlamağa müvəffəq olduq. Onlarda bu mövzu barədə danışmaq istəmədilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti