“Başkəsən” və ölən bacıların atası - FOTO

“Başkəsən” və ölən bacıların atası - FOTO
  26 Oktyabr 2014    Oxunub:2968
Bacısının başını kəsib qətlə yetirməklə Azərbaycanı dəhşətə salan Pərvanə və başı kəsilən Günel Nuriyevaların atası Etibar Nuriyev adlı-sanlı kişi imiş. Şəkidə yaşayan Nuriyevlər rayonda sayılıb-seçilən ailə olub.

Şəki sakinləri Bakıda Musiqi Akademiyasında təhsil alan qızların tərbiyəsi barədə neqativ fikir söyləməyin mümkünsüz olduğunu desələr də, bu ağlasığmaz dəhşətli faciə baş verdi.

Başı kəsilən Günel və baş kəsən Pərvanə Nuriyeva bacılarının atası Etibar Nuriyev 1960-cı ildə Şəkinin Gəncəli məhəlləsində anadan olub. Orta məktəbi bitirib, əsgəri xidmətini başa vurduqdan sonra Şəki Aqrar Sənaye İB-də mühasib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Ali Menecmen Universitetinin qiyabi şöbəsini bitirməklə yanaşı bir sıra özəl müəssisələrdə baş mühasib, 1990-cı ildən "Şərq" şirniyyatı ASC-də sədr müavini vəzifəsində çalışıb.

O, Şəki Sahibkarlıq Assosiasiyasının və Şəki Bələdiyyəsinin üzvüdür. Respublika Sahibkarlar Konfederasiyasının üzvü kimi dünyanın bir çox yerində - o cümlədən Almaniyada, Hollandiyada, İtaliyada, İspaniyada, Fransada, Portuqaliyada, Türkiyədə, İranda, Pakistanda və digər ölkələrdə olub. (Ans)



Teqlər:





Xəbər lenti