Polis nümayişçilərə divan tutdu

Polis nümayişçilərə divan tutdu
  03 May 2013    Oxunub:1308
Mayın 1-də Berlində və Frankfurtda keçirilən 1 may yürüşləri zamanı polislə nümayişçilərin arasında sərt toqquşma yaşanıb.
Solçuların təşkil etdiyi Berlin etiraz marşında təxminən 9 min insan iştirak edib. Nümayişçilər Kroysberq rayonundan şəhər mərkəzinə, hökumət kvartalına yollanıblar. Yürüşün iştirakçılarının bir çoxu üzlərini maskaların altında gizlədirdilər.

Qanun qoruyucuları nümayişçilərə qarşı yanğın nasosları və gözyaşardıcı qaz tətbiq ediblər.

Bundan sonra Almaniyanın bir çox şəhərlərində çərşənbə günü ekstremizmə və irqçiliyə qarşı etirazı ifadə etmiş nümayişlər olub. “Deutsche Welle” bildirir ki, bəzi hallarda polislə iştirakçılar arasında toqquşmalar yaşanıb. Kütləvi həbslər olub.

Hamburqda da təxminən 1,5 min insanın qatıldığı yürüşdə polis insanlara qarşı yanğın nasosları, kötəklər və gözyaşardıcı qaz tətbiq edib. Səkkiz nəfər saxlanılıb.


Teqlər:





Xəbər lenti