Terrorçunun cəsədi ailəsinə qaytarıldı

Terrorçunun cəsədi ailəsinə qaytarıldı
  03 May 2013    Oxunub:1323
ABŞ polisi Tamerlan Tsarnayevin cəsədini qohumlarına geri qaytarıb.
ABŞ-daBoston marafonun sonunda partlayış təşkil etməkdə şübhəli bilinən Tamerlan Tsarnayevin meyiti ailəsinə təhvil verilib. Bu barədə AzVision.az Massaçusets ştatının Təhlükəsizlik Departamentinin məlumatına əsasən xəbər verir.

Xatırladaq ki, Tsarnayev polislə silahlı qarşıdurma nəticəsində həyatını itirib. Onun kiçik qardaşı Zoxar saxlanılıb. O, kütləvi qırğın silahından istifadə etməkdə günahlandırılır.

Boston marafonunun fiinişində törədilmiş iki partlayış nəticəsində 3 nəfər ölüb, 260-dan çox insanxəsarət alıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti