Yas mərasimlərini necə keçirək? - SOĞRU
Sorğunun nəticələrinə görə, Bakı əhalisi israfçılığa qarşı ölkə rəhbərliyinin tövsiyəsi ilə başlanan mübarizəni müsbət qiymətləndirir. Əhali aparılan mübarizədən xəbərdardır: rəyi soruşulanların cəmi 5 faizi bu barədə ilk dəfə eşitdiyini, qalan 95 faizi isə bununla bağlı məlumatlı olduğunu bildirib.
Sorğunun nəticələrinin təhlili göstərir ki, hakimiyyətin bu təşəbbüsü cəmiyyətdə müsbət qarşılanıb və maraq doğurub.
Bütövlükdə Bakı sakinlərinin 73 faizi bu mübarizənin zəruriliyini vurğulayıb.
Yas günlərinə gəldikdə isə sorğunun nəticələri göstərir ki, ictimai rəy əsasən 3 və 40 mərasimlərinin, daha sonra isə ildönümünün qeyd olunmasına tərəfdardır.
Vacib bir məqam ondan ibarətdir ki, rəyi soruşulanların tam əksəriyyəti – 89 faizi ehsan menyularının minimuma endirilməsinə tərəfdardır (çay, halva, pendir, çörək, göyərti). Bu təklifi 67 faiz tam, 22 faiz isə qismən dəstəkləyir.
Teqlər: