Azərbaycanda müəllimənin evindən 100 min oğurlandı
Həmin qəsəbədə yaşayan 1978-ci il təvəllüdlü Raminə İsmayılova polisə şikayət edibki, noyabrın 4-də, günorta saatlarında evdə olmadığı vaxt evi qarət olunub. Evdən 8 min manat dəyərində qızıl zinət əşyaları və 100 min manat pulu oğurlanıb.
Şikayət daxil olan kimi xüsusi əməliyyat-axtarış qrupu yaradılıb.
Qeyd edək ki, Raminə İsmayılova Gəncə Musiqi Kollecinin müəlliməsidir.
Faktla bağlı araşdırma aparılır.