Google Fələstini tanıdı

Google Fələstini tanıdı
  04 May 2013    Oxunub:1379
Google axtarış sistemi Fələstin səhifəsində “Fələstin torpaqları” sözlərini “Fələstin” olaraq dəyişib.
Google nümayəndəsi Nathan Tiler Fələstinin BMT-yə üzv olmadan müşahidəçi dövlət statusu qazanmasından sonra mayın 1-də “www.google.ps” səhifəsində sözügedən dəyişikliyin edildiyini bildirib.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Yiqal Palmor isə Google-un bu qərarından məyus olduqlarını qeyd edib. Palmor özəl internet şirkətinin beynəlxalq siyasətə qarışmasının arxasındakı səbəblər barədə xeyli müəmmaların olduğuna işarə edib.


Teqlər:





Xəbər lenti