Həlak olanların sayı 500-ü ötdü

Həlak olanların sayı 500-ü ötdü
  04 May 2013    Oxunub:1392
Banqladeşdə yüksək mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların sayı 500-ü ötüb.
Xilasedicilər və könüllülər dağıntılar altından cəsədləri çıxarmaqda davam edir. Hələ də 10-larla insan itkin düşmüş hesab edilir. Hadisəylə bağlı ticarət mərkəzinin sahibi ilə yanaşı 1 mühəndis də həbs olunub.

O, hadisədən 1 gün əvvəl demişdi ki, binadakı çatlar təhlükəli deyil. Elə binanın sahibi də faciəyə görə məsuliyyəti mühəndisin üzərinə atır. Çünki, mühəndis onu da əmin edib ki, fəhlələrin narahatlığı boş şeydir. Onu da qeyd edək ik, hadisəylə əlaqədar Banqladeşdə artıq 9 nəfər həbs olunub.


Teqlər:





Xəbər lenti