Papa türkləri ittiham etdi

Papa türkləri  ittiham etdi
  04 May 2013    Oxunub:1338
Roma katolik kilsəsinə rəhbər seçilən argentinalı kardinal Xorxe Mario Berqalyo 3 il öncə yazdığı bir kitabda türkləri nasistlərə bənzədərək bildirir ki, nasistlər yəhudiləri öldürdüyü kimi, türklər də erməniləri qətlə yetirib.
Belə ki, papanın başqa imza ilə, 2010-ci ildə Argentinalı Xaxam Abraham Skorka ilə birlikdə qələmə aldığı "Cənnətdə və Yer üzündə" (Sobre el Cielo y la Tierra) adlı kitabı yenidən nəşr olununca ölkə gündəminə gəlib.

Kitabda ateizm, ölüm, abort, dinlər, homoseksualizm, kapitalizm və yəhudi soyqırımı mövzularına geniş yer verilib.

Kitabın "Dinlər" hissəsində, "XX əsrdə özlərini tanrılar olaraq görənlərin, bütün kəndləri yerlə -yeksan etdiyi, türklərin erməniləri, nasistlərin isə yəhudiləri öldürməsi üçün tanrısal xüsusiyyətlərdən istifadə etdikləri bildirilir.

Papa kitabda, “erməni soyqırımı"nı müdafiə edənlərə dəstək çıxaraq qeyd edir ki, həmin dövrdə Osmanlı İmperatorluğu güclü hakimiyyətə malik olub və bu da ermənilərə qarşı soyqırım törədilməsinə əsas verən başlıca amildir.

Papa Fransuva, məşhur mütəfəkkir Karl Marksın "Din xalqın tiryəkidir" sözünə yüksək qiymət verərək bildirir ki, öz haqqları üçün vuruşmayanlar yəqin ki, tiryəkin təsiri altında olanlardır.

AzVision.az



Teqlər:  





Xəbər lenti