Zombiləşmiş missionerlər

Zombiləşmiş missionerlər
  06 May 2013    Oxunub:1453
Emin Piri

Bu xalq yüzlərlə yazıçı yetişdirib. Yenə də yetişdirəcək. Amma Allahın altında bircə Azərbaycanımız var. Elə buna görə də həmin yazarların şirin-şirin arzularından daha üstündür milyonların qanıyla yoğrulmuş Azərbaycanın istiqlaliyyəti. Bu ölkəyə həmin yazarlardan da daha çox haqqı çatanlar var!
Mən liberal düşüncəli bir insan kimi onlardan daha çox Azərbaycanın tam bir Avropa ölkəsi kimi formalaşmasını istəyirəm. Hətta oradakı mədəniyyətin bizdə bərqərar olmasına ikiəlli razıyam. Amma di gəl ki, bu missionerlərin arzusu Azərbaycanı Avropaya çevirmək deyil. Bu, onların himayəçilərinə də sərf etməz. Məqsəd ortadadır: yaşadıqları cəmiyyəti böyük bir `fahişəxanaya` çevirmək (bu sözə görə oxuculardan üzr istəyirəm. Amma həqiqəti bəzən adıyla ifadə etmək lazımdır).

Bu yaxınlarda tanınmış tənqidçi Əsəd Cahangirin bu kimi qurumlar haqqında söylədiyi yerinə düşür: “MKM ədəbiyyat yox, antiədəbiyyat mükafatıdır. Elə bil onlarla adam bir neçə ay gərgin işləyir, seçim eləyir ki, ən zəif yazanı tapıb ona pul versinlər, “get xərclə, sənə halaldır, çünki yaza bilmirsən”. Bu, həm də başqalarına mesaj ötürməkdir ki, baxın, pis yazsanız, siz də mükafat alacaqsınız”.

“Xarici qüvvələr dilənçi payı verməklə Azərbaycan yazarları arasından gələcəyin Allahsız və millətsiz manqurtlarını – rüşdücüklər və pamukcuqlar formalaşdırır. MKM-in rəhbəri Nigar Köçərli isə missionerdir. O, Azərbaycan ədəbiyyatına xaricdən atılan desantdır”.

Bu gün Azərbaycan mədəniyyətinə müxtəlif yönlərdə desantlar yeridililir. Zombiləşmiş, ona tapşırılandan başqa sözü deməyi bacarmayan bu kəslərin əksəriyyəti özləri də nəyə xidmət etdiklərini anlamırlar. İndiki vaxtda onların himayəçilərinin daha çox PKK təəssübkeşi, ən azı PKK sevdalısı olduğu göz önündədir. Ən azından, oturub-durduqları bu kəsimdəndir. Həmin himayəçilərin seçdikləri insanlar da zatən bu qəbildəndir. Görünür, bu təşkilatın işiylə gedişlər etmək məhz bu zamanda daha sərfəlidir.

Digər məqam işğal altında olan torpaqlarda doğulmuş yazarlardan daha çox istifadə edilməsidir. Bu, daha xeyirli və sərfəli variantdır. Həmin yazarların zombiləşməsindən sonra elə onların diliylə torpaqların erməniləşdirilməsindən `gözəl` gediş nə ola bilər ki?! (cəmiyyətə bu adamların `ziyalı` adıyla yeridilməsindən sonra Azərbaycan adına olan bütün şirin arzularınızı və Qarabağı yuxularınızda görə bilərsiniz.)

Burası da həqiqətdir ki, həmin zombilər heç də təsadüfi seçilmir, `südü qarışıqlar`a daha çox önəm verilir.

Bu yaxınlarda qardaş ölkədə nümayişlərdə xalqın bir çağırışı var idi: `Vur de vuralım, öl de öləlim`

Artıq bizdə də həmin vaxtın çatdığı hiss olunur. Həmin xəstə həşəratların canavarların öhdəsinə buraxılması lazımdır.

Yalnız bir əmr...


Teqlər:





Xəbər lenti