Bakıda hotellərə lisenziya verildi

Bakıda hotellərə lisenziya verildi
  09 May 2013    Oxunub:1686
Hotel və şirkətlərə yeni fəaliyyət lisenziyaları verilib.
Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002- ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ilin aprel ayı ərzində bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.

Mədəniyyət və Turizm Nazilriyindən AzVision.az-a verilən məlumata görə, bunlar Bakıda yerləşən "SunWay Ltd" MMC, "Qafqaz Hotel" MMC, AİT MMC, ALFA-Mİ TRAVEL MMC , RİAD TOUR MMC kimi hotel və turizm şirkətləridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti