Mərkəzi bankın sədri: “İpoteka məbləğinin artırılması...”

Mərkəzi bankın sədri: “İpoteka məbləğinin artırılması...”
  10 May 2013    Oxunub:945
“Sosial ipotekaya daxil olan əhali qruplarını hökumət müəyyənləşdirir”.
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. O bildirib ki, ipotekanın məbləğinin artırılması ilə bağlı olan məsələyə bir daha baxılır və düşünülür.

“Mövcud ipoteka, əmlak bazarının strukturu, qiymət səviyyəsi də daxil olmaqla bir daha baxılacaq. Yeni qərar qəbul olunacaq. Əhalinin maliyyə istehlakçılarının hüquqlarının qorunması Mərkəzi Bankın başlıca prioritetlərindən biridir. Mərkəzi Bank öz mövqeyini artıq banklara bildirib. Onlar istehlak kreditlər sahəsində nələri açıqlamalıdırlar və banklar bu istiqamətdə ciddi nəzarətə götürülüb. Bu Mərkəzi Bankın kursudur və dünyada gedən prosesdir. Maliyyə xidmətlərinin istehlakçıların hüquqlarının qorunması və bizdə bu istiqamətdə lazımı addımlar atırıq. Bu daha da genişlənəcəkdir”.

Anar


Teqlər:





Xəbər lenti