Əbülfəs Qarayev serbiyalılarla görüşüb

Əbülfəs Qarayev serbiyalılarla görüşüb
  13 May 2013    Oxunub:1721
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Serbiyanın tanınmış kino xadimləri olan kino aktyoru Lazar Ristovski və rejissor Yovan Markoviçlə görüşüb.

AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə kino rejissoru Vaqiv Mustafayev və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak ediblər.

Azərbaycanda kino sənətinin hazırkı vəziyyəti ilə bağlı qonaqlara məlumat verən Ə.Qarayev iki ölkə arasında kino əlaqələrinin inkişaf etdirilməsi, SPACE televiziya şirkəti ilə Serbiya kino qurumlarının nəzərdə tutduqları birgə layihələrdə Nazirliyin iştirakı ilə bağlı fikirlərini açıqlayıb.

Görüşdə ilkin olaraq qarşılıqlı film həftələri təşkil etmək haqqında irəli sürülən ideya bəyənilib və müvafiq qurumlara bu tədbirlərin keçirilməsi ilə bağlı təklif hazırlanması tapşırılıb. Ötən ilin oktyabr ayında Bakıda keçirilən Beynəlxalq İdman Filmləri Fesivalının münsiflər heyətinə başçılıq etmiş rejissor Yovan Markoviş azərbaycanlı həmkarları ilə birgə kino layihələrində məmnunluqla iştirak etmək arzusunu bildirib.



Teqlər:  





Xəbər lenti