Nazirlik 21 şəhər və rayonda görüş keçirəcək

Nazirlik 21 şəhər və rayonda görüş keçirəcək
  17 May 2013    Oxunub:1284
Regionlarda maarifləndirmə işləri davam etdirilir
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti regionlarda əhalinin sığorta üzrə maarifləndirmə işlərini davam etdirir. Həyata keçirilən təbliğat və təşviqat tədbirlərinin davamı olaraq, 2012-ci il 20 may tarixindən etibarən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarının respublakanın 21 şəhər və rayonunda yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin iştirakı ilə icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlərin keçirməsi nəzərdə tutulur.
Bazar iqtisadiyyatı şəraitində dinamik inkişaf edən Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin zəruri və əsas amillərindən biri kimi sığorta işi çıxış edir. Dövlət tərəfindən 24 iyun 2011-ci il tarixində «İcbari sığortalar haqqında» qəbul edilmiş Qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, icbari qaydada sığortalanmasını nəzərdə tutur.

Azvision.az



Teqlər:





Xəbər lenti