Bu gün qalib məlum olacaq

 Bu gün qalib məlum olacaq
  18 May 2013    Oxunub:2049
Bu il Azərbaycanın səslərini aparıcı Tamilla Şirinova təqdim edəcək.
Bu gecə Bakı vaxtı ilə saat 00:00-da Malmö Arenada 2013 Eurovision Mahnı Müsabiqəsinin final mərhələsi baş tutacaq, və 58-ci Eurovision Mahnı Müsabiqəsinin qalibi bəlli olacaq.
AzVision.az xəbər verir ki, finalda təmsil olunan 26 ölkədən 20-si mayın 14-di və 16-sı keçirilmiş yarı-final mərhələlərində yarışaraq vəsiqə qazanıb. 6 ölkə isə final şousuna birbaşa vəsiqə qazanıb: ev-sahibi ölkə İsveç, eləcə də "Böyük beşlik" adlanan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və İtaliya.

“Eurovision 2013” Mahnı Müsabiqəsinin finalında mübarizə aparacaq 26 ölkə:

Fransa: L`Enfer Et Moi - Amandine Bourgeois
Litva: Something - Andrius Pojavis
Moldova: O Mie - Aliona Moon
Finlandiya: Marry Me - Krista Siegfrids
İspaniya: Contigo Hasta El Final (With You Until The End) - ESDM
Belçika: Love Kills - Roberto Bellarosa
Estoniya: Et Uus Saaks Alguse - Birgit
Belarus: Solayoh - Alyona Lanskaya
Malta:Tomorrow - Gianluca
Rusiya: What If - Dina Garipova
Almamiya: Glorious - Cascada
Ermənistan: Lonely Planet - Dorians
Niderland: Birds - Anouk
Rumıniya: It`s My Life - Cezar
Böyük Britaniya: Believe In Me - Bonnie Tyler
İsveç: You - Robin Stjernberg
Macarıstan: Kedvesem - ByeAlex
Danimarka: Only Teardrops - Emmelie de Forest
Islandiya: Ég Á Líf - Eyþór Ingi
Azərbaycan: Hold Me - Farid Mammadov
Yunanıstan: Alcohol Is Free - Koza Mostra featuring Agathon Iakovidis
Ukrayna: Gravity - Zlata Ognevich
Italiya: L`Essenziale - Marco Mengoni
Norveç: I Feed Your Love - Margaret Berger
Gürcüstan: Waterfall - Nodi Tatishvili və Sophie Gelovani
Irlandiya: Only Love Survives - Ryan Dolan

39 iştirakçı ölkənin televiziya tamaşaçıları Finalda xoşlarına gəldiyi mahnıya səs verə biləcəklər. Qeyd edək ki, yalnız bütün mahnılar ifa olunandan sonra səsvermə üçün ayrılmış 15 dəqiqə ərzində səs vermək olar.

Telesəsvermə hər ölkənin milli səslərinin 50%-ni təşkil edəcək, digər 50% hər bir iştirakçı ölkənin 5 nəfərdən ibarət ekspert münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Hər bir ölkənin toplanmış səsləri Eurovision sxemi üzrə ötürüləcək: 12 xal birinci ölkəyə, 10 xal ikinci yerə və yerdə qalan 8-dən 1-ə kimi olan xallar 3-cü yerdən 10-cu yerə kimi layiq görülən ölkələrə veriləcək və bu xallar hər bir ölkənin aparıcısı tərəfindən canlı yayımda elan olunacaq. Bu il Azərbaycanın səslərini aparıcı Tamilla Şirinova təqdim edəcək.

Azərbaycan təmsilçisi Fərid Məmmədov "Hold Me" mahnısı ilə 20 nömrə altında çıxıs edəcək.

Şou Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq, onun yayım hüququ İctimai Kanala məxsusdur.


Teqlər:  





Xəbər lenti