Silahlı qüvvələrimizin verdiyi itkilər - Statistika

  Silahlı qüvvələrimizin verdiyi itkilər  -  Statistika
  18 May 2013    Oxunub:1370
Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 41 nəfər olub
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 41 nəfər təşkil edib.

Bu barədə AzVision.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 44 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli deyib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 7-i döyüş (7 nəfər erməni gülləsi), 34-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi
qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

5 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma), 8 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib. Dünyasını dəyişənlərin 31-i Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (44 nəfər) C.Sümərinli bildirib ki, onların 10-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 6-ı erməni gülləsindən, 1 nəfər mina partlayışından, 3-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın və s.), 18-i isə avtoqəza nəticəsində xəsarət alıblar. 33 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 6 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların bir çoxu xidmət yerinə qayıdıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti