Robin Qud “mavi” çıxdı

Robin Qud “mavi” çıxdı
  20 May 2013    Oxunub:4956
İngiltərəli alimlər çoxsaylı əfsanə və balladalar əsasında Robin Qudun tarixi obrazını bərpa ediblər. Tədqiqatlara görə, Robin Qud dövrünün adətləri ilə mübarizə aparan, təbiəti sevən və müdafiə edən qiyamçılarından biri olmaqla yanaşı, həm də “mavi” olub.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Berlin universitetinin əməkdaşı ingiltərəli filoloq Endryu Ceyms Conston, əfsanəvi Robin Qudu kəşf etdiyini və onun real şəxsiyyət olduğuna əmin olduğunu bildirib. “Robin Qud meşədə yaşayırdı, çünki o və dostları təbiətin vurğunu olmuş və coşqun şəhər həyatına nifrət etmişlər” - tədqiqatçılar söyləyiblər.

“Çox güman ki, o dostları kimi “mavi” olub: beləcə, onlar bəşəriyyətin min illik tarixi boyunca mövcud olan homoseksualların təqiblərindən qurtarmağa çalışıblar. Öz utopik cəmiyyətlərini maliyyələşdirmək üçün oğurluq ediblər, kasıblara isə heç vaxt toxunmayıblar. Robin Qud - real insandır. O, lider idi, amma öz dostlarına heç vaxt əmr etmirdi. Şervud meşəsi isə onlar üçün mükəmməl yer idi”,- deyə alim əlavə edib.

Bəs Nottinqemın zalım şerifinə qarşı mübarizədə quldurlara qoşulan gözəl Med Marionun Robinə ərə getməsi necə izah oluna bilər? Alimlər deyirlər ki, bu personaj ballada və əfsanələrə sonradan əlavə olunub. Ehtimala görə, Robinin “mavi” olduğunu gizlətmək üçün.

AzVision.az


Teqlər:  





Xəbər lenti