Güləşçilərimiz ilk gündə 3 qızıl, 1 bürünc qazandı

Güləşçilərimiz ilk gündə 3 qızıl, 1 bürünc qazandı
  19 İyun 2013    Oxunub:1791
69 kq çəkidə finala çıxan güləşçimiz Abdulmuslim Muxuddinov, erməni təmsilçisi Tiqran Mnatsakanyana qalib gələrək qızıl medala layiq görülüb.
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. AzVision.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.

Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Onlardan Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub. Medal uğrunda mübarizəyə qoşulan güləşçilərimizin hər biri qalib olub.

Belə ki, Mahir Əmiraslanov bürünc, Məhəmmədəli Əliyev, Nurməhəmməd Hacıyev və Abdulmuslim Muxuddinov isə qızıl medal qazanıblar.

Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti