“Neftçi”nin potensial rəqibi müəyyənləşdi

“Neftçi”nin  potensial rəqibi müəyyənləşdi
  19 İyul 2013    Oxunub:1448
Bu gün İsvçərənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
AzVision.az xəbər verir ki, “Neftçi” III mərhələyə yüksələcəyi təqdirdə ən azı Avroliqanın “play-off” mərhələsinə vəsiqəni təmin edəcək.

Belə ki, son Azərbaycan çempionu “Skenderbeu” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, “Şaxtyor” ilk oyunda səfərdə gözlənilmədən BATE-ni 1:0 hesabı ilə məğlub edib.

BATE (Belarus) – “Şaxtyor” (Qazaxıstan) – “Neftçi” (Azərbaycan) – “Skenderbeu” (Albaniya)


Teqlər:  





Xəbər lenti