Kola rəngini dəyişdi
1887-ci ildən bu yana paketlərində, emblemlərində istifadə etdiyi qırmızı rəngi Argentinada kafeini azaldılmış, şəkərsiz məhsulu olan "Coca-Cola Life" üçün yaşıla dəyişib.
Yeni məhsul yaşıl paket və qapaqla satışa çıxarılıb. İçkinin şüşəsi də yenidən emal edilə bilir. Şirkətdən edilən açıqlamada yeni butulkanın digərlərindən fərqsiz kimi görünməsinə baxmayaraq, təbiətə daha az ziyan vurduğu bildirilir.
Teqlər: