Eşton Xocalı aeroportundan danışdı

Eşton Xocalı aeroportundan danışdı
  25 Fevral 2013    Oxunub:1494
Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Ketrin Eşton Xocalı aeroportunun istismara verilməsi barədə iddialara münasibət bildirib.
Ketrin Eşton Avropa Parlamentinin bir qrup deputatının Xocalı aeroportunun istifadəyə verilməsi ilə əlaqədar müraciətini rəsmi cavablandırıb.

Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AzVision.az-ın məlumat verib.

Elxan Süleymanovun sözlərinə görə, Ketrin Eşton ATƏT-in Minsk Qrupu həmsədrlərinin Xocalı aeroportunun istifadəyə verilməsinin gərginliyi artıracağı ilə bağlı narahatlığını ifadə edən 2011-ci il aprel və 2012-ci il iyul bəyanatını tam dəstəklədiyini bildirib. O, uçuşların həyata keçirilməsinin sülh prosesinə kömək etməyəcəyini və Aİ-nin tərəfləri diplomatik həll yolu tapmağa çağırdığını diqqətə çatdırıb. Ali Nümayəndə eyni zamanda tərəflərdən mülki təyyarəyə qarşı hər hansı təhdid və ya gücdən istifadədən imtina etmək, məsələni diplomatik addımlarla həll etmək və siyasiləşdirməkdən çəkinmək barədə Minsk Qrupu həmsədrlərinə verdikləri təminatlarına hörmət və riayət etmələrini gözlədiklərini bildirib.

Ali Nümayəndə eyni zamanda həmsədrlərin beynəlxalq hüquqa müvafiq və öz ərazisi üzərində uçuşlar üçün cari təcrübəyə uyğun hərəkət etmək barədə tərəflərə etdiyi qəti müraciətini vurğulayıb və bu aeroportun istifadəyə verilməsinin Dağlıq Qarabağın Madrid prinsiplərinə müvafiq olaraq müəyyənləşdiriləcək statusunda hər hansı dəyişiklik iddiasını dəstəkləmək üçün istifadə edilə bilməyəcəyini yenidən vurğulayıb.

Ali Nümayəndə bildirib ki, Aİ-nin qeyd edilmiş ismarışları son yüksək səviyyəli diplomatik əlaqələrdə, Aİ-nın 2012-ci ilin dekabrında Brüsseldə Ermənistan və Azərbaycanla keçirdiyi Əməkdaşlıq Şuralarının iclaslarında, həmçinin regiona yüksək səviyyəli səfərlər zamanı hər iki tərəfə təkrarən çatdırılıb. Aİ tərəfləri həm hərəkətlərində, həm də sözlərində təmkinli olmağa səsləyib. Aİ-nin bu ismarışları Yeni İl ərəfəsində növbəti gərginliyin qarşısını almağa töhfə verib və uçuşlar baş tutmayıb.

Ketrin Eşton Aİ-nin ATƏT-in Minsk Qrupunun regionda gərginliyin kəskinləşməsinin qarşısını almaq və münaqişəni dinc yolla həll etmək istiqamətindəki səylərini dəstəklədiyini bir daha diqqətə çatdırıb.



Teqlər:  





Xəbər lenti