“Azərbaycan daim Avropanın bir parçası olub”

“Azərbaycan daim Avropanın bir parçası olub”
  25 Fevral 2013    Oxunub:1615
“Azərbaycanın doqquz milyon əhaliyə malik və Avstriya ölçüsündə kiçik bir ölkə olmasına baxmayaraq, o, bir çox nadir mədəni və tarixi xüsusiyyətlərə malikdir”.
Bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın "Huffington Post" qəzetinə müsahibəsində bildirib.
"Azərbaycan daim sivilizasiyaların qovuşduğu, Şərqin Qərblə, xristianlığın islamla görüşdüyü yer, tarixi İpək Yolunun bir hissəsi, eləcə də Avropanın bir parçası olub", - Ə.Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan xristianlığın, islamın və yəhudiliyin dinc yanaşı yaşadığı çox az ölkələrdən biridir.
"Biz tolerant və qonaqpərvər xalq olmağımızla fəxr edirik. Bu yaxınlaradək dünyada Azərbaycanın harada yerləşdiyini bilmirdilər. Amma indi hamı Azərbaycanı və onun paytaxtı Bakını tanıyır. Bu, Avropanın əsas mahnı müsabiqəsi olan "Eurovision-2012" müsabiqəsindən sonra aydın oldu", - o bildirib.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan qədimliyin müasirliklə birgə mövcud olduğu bir ölkəyə səfər etmək istəyənlərin hamısını salamlayır.

"Biz 1918-ci ildə qadınlara ilk dəfə seçki hüququ verən, qadınlar üçün məktəblərin və opera teatrının açıldığı ölkə, Şərqdə ilk demokratik respublika olmağımızla fəxr edirik", - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələr şöbəsinin müdiri bildirib.



Teqlər:  





Xəbər lenti