Alı Qocayev ittihamlara cavab verdi

Alı Qocayev ittihamlara cavab verdi
  25 Fevral 2013    Oxunub:2518
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ittihamlarına cavab verib.
A. Qocayev qeyd edib ki, E.Abdullayevin onunla bağlı mətbuata ötürdüyü məlumatlar həqiqətə uyğun deyil: “Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev müxtəlif kütləvi informasiya vasitələrində guya mənim ona çatdırılması üçün köməkçim vasitəsilə pul əvəzi olaraq kağız parçaları göndərdiyim, köməkçimlə birlikdə Elşad Abdullayevin görüşünə gələn şəxslərin ona zorakılıq tətbiq etmələri, daha sonra isə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov vasitəsilə Elşad Abdullayevə çemodanda pul göndərməyim barədə heç bir hüquqi əsası olmayan, yalan və böhtan xarakterli məlumatları yayaraq içtimaiyyət qarşısında yenidən özünü gündəmə gətirməyə cəhd edib”.

A. Qocayev qeyd edib ki, E. Abdullayevlə heç vaxt yaxın əlaqələri olmayıb: “Ümumiyyətlə, mənim nə Elşad Abdullayevlə, nə də Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədovla heç bir yaxın əlaqəm və münasibətim olub. Eyni zamanda İlham Pirməmmədovla heç bir qohumluq əlaqəm də yoxdur. Elşad Abdullayevin kütləvi informasiya vasitələrində mənim barəmdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yaymasının səbəbini isə onun Binəqədi rayonundan deputatlığa namizədliyini verməklə seçilmədiyindən mənim həmin dövrdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyimi əsas götürərək gündəmə gəlməsi üçün özündən uydurma hadisələr düzüb qoşması kimi qiymətləndirirəm”.

A. Qocayev E. Abdullayevin əsassız iddiaları ilə bağlı istintaqa çağırılaraq ifadəsinin alındığını da bildirib: “Bütün bunlar barədə Bakı Şəhər Prokurorluğunda istintaqa ifadə vermişəm”.
(apa)



Teqlər:





Xəbər lenti