Su gələn arxa bir də gəlməzsə... Azərbaycanı quraqlıq gözləyirmi?

  Su gələn arxa bir də gəlməzsə...  Azərbaycanı quraqlıq gözləyirmi?
  03 May 2024    Oxunub:1145
Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart ilə görüşündə bildirib ki, son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub, yağıntının miqdarı əhəmiyyətli dərəcədə azalıb.
Maraqlıdır, yağıntının miqdarının azalması insanlara necə təsir edəcək? Kənd təsərrüfatında nə kimi çətinliklər ola bilər? Azərbaycanın su ehtiyatına təsiri hansı dərəcədə olacaq? Ölkəmiz gələcəkdə su qıtlığı ilə üzləşə bilərmi?

Suallarımıza cavab tapmaq üçün Milli Elmlər Akademiyasının Coğrafiya institutunun direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovla söhbətləşdik. Onun sözlərinə görə, 1991-ci ildən sonra, son 30 il ərzində dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda tempuratur artıb, yağıntılar azalıb. Bu isə ekosistemin pozulmasına gətirib çıxarır.

- Azərbaycanda tempuraturun artması və yağıntının azalması daha çox su ehtiyatlarına təsir edib. Çaylar bizim əsas şirin su mənbələrimizdir. Onların qurumasının fəsadları ağır olur. Bu, Kür və Araz çaylarının müəyyən qollarında illər öncə müşahidə edilib və Kür-Araz ovalığına böyük ziyan dəyib. Çünki həmin bölgə pambıqçılıqla məşğul olur və suya tələbat çoxdur.

Problemlər çoxdur... Su ehtiyatlarının qiymətləndirilməsi yenilənməyib. Hidrologiya elminin banisi Taleh Rüstəmovun 70-ci illərin əvəllərində apardığı tədqiqatlarla kifayətlənmişik. İndiyə kimi nə qədər su ehtiyatımızın olduğunu bilmirik. Kənd təsərrüfatı, əhalinin içməli su ehtiyatı və sənaye müəssisələri üçün nə qədər su lazım olduğu müəyyən olunmayıb. Hövzələrdən götürülən 12 milyard kubmetr suyun təxminən 30 faizi itkiyə gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələnin üzərində işləməlidirlər. Bizdə “su yoxdur” demək düzgün deyil. Suya nəzarət və sudan səmərəli istifadə yoxdur. Su itkisinin qarşısının alınması üçün yetərincə tədbirlər görülmür. Həyat suyun üzərində qurulub, su yoxdursa, deməli, həyat da yoxdur.



Ərəb ölkələrinin su ehtiyatı yoxdur, amma su çatışmazlığı problemi də yoxdur. Onlar su qıtlığının qarşısını süni vasitələrlə alırlar. Bunun üçün texniki imkanlar lazımdır. Dubayda süni yağış yağdırmaq üçün 15 milyard dollar pul xərcləyiblər. Hərçənd, bunun elmi və texniki cəhətdən əsaslandırılması və öyrənilməsi aparılmayıb. Odur ki, bütün şəhər suyun altında qaldı.

ABŞ-nin Alyaska ştatında xüsusi radiolokasiya stansiyası var. Dünyanın istənilən yerində təbii fəlakət, quraqlıq, leysan yarada bilirlər. Bundan daha çox Kubada istifadə edirlər. Gələcəkdə ciddi formada su qıtlığı ilə üzələşərsək, biz də süni vasitələrdən istifadə edə bilərik”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov bildirir ki, dünyada su çatışmazlığının yaranması qolobal iqlim dəyişmələrinin təsiri ilə bağlıdır.


- Azərbaycanın su təhlükəsizliyi xəritəsinə fikir versək, görərik ki, su qıtlığının yaranmasına təsir edən amillərin ən böyüyü iqlim dəyişmələri və suya tələbatın artmasıdır.

Ehtiyacı ödəmək üçün ilk növbədə kənd təsərüfatında müşahidə olunan itkilərin azaldılmasına çalışırıq. Bunun üçün torpaq əsaslı kanallar metal əsaslı kanallara çevrilir. Şirvan kanalı böyük kanllardan biridir və orada 30 faiz su itirirdik. İtkinin qarşısını almaq üçün suya qənaət etmək lazımdır.

Azərbaycanda alternativ su mənbələrindən istifadə getdikcə genişləndirilir. Bu sahədə əsas istiqmaətlərdən biri Xəzər dənizin suyundan istifadədir. Bununla bağlı dövlət başçısının sərəncamı var. Müvafiq olaraq Bakıda iri su şirinləşdirmə qurğuları tikilir. Qurğular Abşeron yarmadasını təmin etməklə bərabər, regionların su stressinin azaldılamsında böyük rol oynayacaq.

Su qıtlığı ilə mübarizədə biz hələlik təbii yollardan istifadə edirik. Vəziyyət kritik həddə çatarsa, digər ölkələr kimi süni vasitələrdən istifadə edə bilərik. Hələlik kəskin quraqlıq yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti