Nazirlik Nizami Kino Mərkəzi ilə bağlı təklifə münasibət bildirib

Nazirlik Nizami Kino Mərkəzi ilə bağlı təklifə münasibət bildirib
  03 May 2024    Oxunub:617
Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və Nizami Kino Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) balansına verilməsi təklifinə münasibət bildirib.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, adıçəkilən qurumlar dövlət mülkiyyətinə məxsus təsərrüfat hesablı müəssisələrdir və onların fəaliyyətində hər hansı dəyişiklik yoxdur.

"Ona görə də bu mövzuda manipulyasiya edilməməsi xahiş olunur", - məlumatda vurğulanır.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı Nizami Kino Mərkəzi və "Azərbaycanfilm"in qurumun idarəçiliyinə verilməsi ilə bağlı təklif irəli sürüb.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   AKİ   təklif   cavab  





Xəbər lenti